2010-cu ilin yanvar-mart aylarında sənayenin inkişafı haqqında

19.04.2010

Sənaye ölkə iqtisadiyyatında önəmli rola malikdir. Bu sahənin təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 5,6 faiz artaraq 7,1 milyard manat təşkil etmişdir. Üç ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 12,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı 4,4 milyard kub metr olmuşdur. Özəl bölmədə istehsalın həcmi 5,8 faiz artmış və sənaye məhsulunun 81,7 faizini təşkil etmiş, ümumi istehsalın 93,5 faizi sənaye mallarının (əmtəələrin), 6,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 77,2 faizi mədənçıxarma bölməsində, 16,7 faizi emal bölməsində, 5,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.