Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin mart ayında nəqliyyatda yükdaşıma tarifləri
2010-cu ilin mart ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 0,3 faiz artmışdır. Ay ərzində yükdaşıma tarifləri boru kəməri və avtomobil nəqliyyatında 0,1 faiz ucuzlaşmış, dəmir yolu nəqliyyatında isə 3,9 faiz artmışdır. Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 11,4 faiz, ölkədən kənara yük göndərilməsi üzrə 6,9 faiz, ölkəyə yük gətirilməsi üzrə 1,0 faiz, tranzit yüklərin daşınması üzrə isə 0,1 bahalaşmışdır. Bir saatlıq işə görə yükdaşıma tariflərinin 10,1 faiz ucuzlaşması nəticəsində avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmışdır.