Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin aprel ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri
Aprel ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 0,5 faiz artmış, sərnişindaşıma tarifləri isə 0,1 faiz aşağı düşmüşdür. Ay ərzində yükdaşıma tarifləri dəniz nəqliyyatda 7,0 faiz artmış, dəmir yolu nəqliyyatında isə 2,1 faiz aşağı düşmüşdür. Hava nəqliyyatında sərnişindaşıma tarifləri 0,3 faiz ucuzlaşmışdır. Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 0,7 faiz artmış, ölkədən kənara yük göndərilməsi üzrə 4,9 faiz, ölkəyə yük gətirilməsi üzrə 2,9 faiz, tranzit yüklərin daşınması üzrə isə 0,2 faiz aşağı düşmüşdir. Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrarası yükdaşıma tarifləri 14,5 faiz artmışdır. Hava nəqliyyatında MDB və uzaq xaric ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,6 və 0,4 faiz ucuzlaşmışdır.