2010-cu ilin yanvar-aprel aylarında əhalinin gəlirləri

20.05.2010

Cari ilin yanvar-aprel aylarında əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 823,1 manat və ya 1024,6 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 205,8 manat (256,2 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2009-cu ildəkindən 14,2 manat çoxdur. İlin dörd ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 7,3 milyard manatlıq gəlirin 71,0 faizi son istehlak xərclərinə, 10,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 17,1 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6,6 milyard manatlıq və ya əvvəlki ildəkindən 9,2 faiz çox vəsait qalmışdır.