Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin may ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi
May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşmışdır. Ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşmış, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır. Bitkiçilik, bostan və bağçılıq məhsullarından sitrus meyvələrinin istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,1 faiz, kökümeyvəli və köküyumruluların 1,0 faiz, turuncu meyvələrin 0,7 faiz, tərəvəz məhsullarının 0,2 faiz bahalaşmış, zeytun və qoz-fındığın istehsalçı qiymətləri 0,9 faiz, dənli bitkilərin 1,2 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 1,7 faiz aşağı düzmüşdür. Diri mal-qara və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,9 faiz, mal-qara yunu və tükünün 0,3 faiz, diri qoyunların qiymətləri 0,1 faiz bahalaşmış, diri quşların 0,8 faiz, diri iribuynuzlu qaramalın 1,1 faiz, quş ətinin (diri çəkidə) 2,2 faiz, yumurtanın 4,6 faiz, mal ətinin (diri çəkidə) qiymətləri isə 14,1 faiz ucuzlaşmışdır.