2010-cu ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

09.06.2010

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,7 faiz ucuzlaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 2,8 faiz azalmış, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,9 faiz artmışdır. Emal sənayesində istehsalçı qiymətləri koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 3,1 faiz, kimya sənayesi üzrə 1,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı və dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,3 faiz, toxuculuq sənayesi üzrə 0,1 faiz ucuzlaşmış, kağız və karton istehsalı üzrə 9,3 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 3,3 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,1 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,2 faiz bahalaşmışdır.