2010-cu ilin yanvar-may aylarında əhalinin gəlirləri

16.06.2010

Cari ilin yanvar-may aylarında əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 1056,7 manat və ya 1315,3 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 211,3 manat (263,0 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2009-cu ildəkindən 20,2 manat çoxdur. İlin beş ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,4 milyard manatlıq gəlirin 69,7 faizi son istehlak xərclərinə, 9,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,7 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,5 milyard manatlıq və ya əvvəlki ildəkindən 10,2 faiz çox vəsait qalmışdır.