Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2010-cu ilin iyun ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri may ayı ilə müqayisədə 0,6 faiz ucuzlaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz ucuzlaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır. Ötən ayda ərzaq məhsullarından düyünün, buğda ununun, qoyun ətinin, toyuq əti və toyuq budunun, təzə və dondurulmuş balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, xamanın, kərə yağının, bananın, albalı və gilasın, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur. Məsələn, suda bişmiş kolbasanın, mal ətinin, sterizə olunmuş üzlü südün, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun yağının, şəkərin, limonun, almanın, naringinin, fındığın, kələmin, göyərtinin qiymətləri bahalaşmışdır. İyun ayında əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara hava və dəmir yolu sərnişindaşıma nəqliyyatı üzrə tariflər bahalaşmışdır.