Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin birinci yarısında nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Cari ilin birinci yarısında nəqliyyat və poçt müəssisələrində çalışan muzdlu işçilərin sayı 74,3 min nəfər təşkil etmişdir. Onların 82,2 faizi dövlət müəssisələrində, 17,8 faizi özəl bölmədə çalışır. İşçilərin 54,6 faizi yerüstü və boru kəməri, 12,9 faizi su, 13,3 faizi hava nəqliyyatı, 11,9 faizi köməkçi və əlavə nəqliyyat, 6,9 faizi isə poçt fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. 2010-cu ilin yanvar-iyun aylarında nəqliyyatçıların orta aylıq əmək haqqı 358,9 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 676,7 manat, dəniz nəqliyyatında 525,4 manat, avtomobil nəqliyyatında 372,4 manat, dəmir yolu nəqliyyatında isə 142,2 manat təşkil etmişdir. Dəniz nəqliyyatında çalışanların əmək haqqısı 3,2 faiz atrmışdır. Telekommunikasiya müəssisələrində işləyənlərin sayı 24,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 5,0 faiz artaraq 533,1 manat olmuşdur.