Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin II rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2010-cu ilin II rübündə tikinti işlərində qiymətlər cari ilin I rübünə nisbətən 3,0 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 3,2 faiz, yol tikintisində isə 0,7 faiz bahalaşma müşahidə edilmişdir. Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 2,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 6,6 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 5,1 faiz bahalaşmışdır. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi və inzibati binaların inşası üzrə qiymətlər 6,9 faiz artmışdır.