Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanın Sənayesi" statistika məcmuəsi çapdan çıxmışdır.

31.08.2010

"Azərbaycanın sənayesi" statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə məlumatlar iqtisadi fəaliyyət növlərinin yeni təsnifatı üzrə qruplaşdırılmış və sənaye sektoru - "mədənçıxarma sənayesi", "emal sənayesi", "elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat" və "su təchizatı; çirkli sular və tullantıların təmizlənməsi" kimi fəaliyyat növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir.