2010-cu ilin avqust ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

07.09.2010

Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşmışdır. Ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşmış, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmışdır. Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsalçı qiymətləri 12,1 faiz, dənli bitkilərin 8,0 faiz, kökümeyvəli və köküyumruluların 6,8 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9 faiz, kartofun 1,6 faiz, turuncu meyvələrin 1,7 faiz, subtropik meyvələrin qiymətləri 0,2 faiz bahalaşmış, sitrus meyvələrin 1,7 faiz, zeytun və qoz-fındığın qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır. Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsalçı qiymətləri 3,2 faiz, qoyun və keçi südünün 1,9 faiz, mal ətinin (diri çəkidə) 1,2 faiz, mal-qara yunu və tükü 0,3 faiz bahalaşmış, diri qoyunların 0,8 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 1,3 faiz, diri quşların 0,4 faiz, quş ətinin (diri çəkidə) qiymətləri 5,1 faiz, yumurtanın qiymətləri isə 8,4 faiz ucuzlaşmışdır. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,4 faiz bahalaşma müşahidə olunmuşdur.