Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2010-cu ilin yanvar-avqust ayları ərzində əhali istehlak bazarından 8,5 milyard manatlıq istehlak malları almış və 2,8 milyard manatlıq pullu xidmətlərdən istifadə etmişdir. Ötən ilin səkkiz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, o cümlədən ərzaq məhsullarının satışı 7,4 faiz, qeyri-ərzaq mallarının satışı 11,2 faiz, pullu xidmətlərin həcmi 10,2 faiz artmışdır.