2010-cu ilin sentyabr ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

21.10.2010

Sentyabr ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 4,7 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə əvvəlki aya nisbətən 0,1 faiz artmışdır. Dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 6,7 faiz, yükdaşıma tarifləri yerli əlaqə üzrə 3,7 faiz, tranzit yüklərin daşınması üzrə 0,3 faiz ucuzlaşmış, digər ölkələrə göndərilmə üzrə 1,2 faiz bahalaşmışdır. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,5 faiz bahalaşmış, sərnişindaşıma tarifləri ay ərzində MDB ölkələrinə 49,1 faiz, uzaq xaricə 6,1 faiz ucuzlaşmışdır. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,3 faiz bahalaşmışdır.