İdxal - ixrac əməliyyatları haqqında

02.11.2010

2010-cu ilin doqquz ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə 20,2 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 15,7 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 11,2 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 40,7 faiz, o cümlədən ixrac 56,8 faiz, idxal 3,8 faiz artmışdır.
İdxal-ixrac əməliyyatlarının 56,7 faizi Avropa, 31,8 faizi Asiya, 10,2 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşmüşdür.
Xarici ticarət əməliyyatlarının 25,1 faizi İtaliya, 8,2 faizi Fransa, 7,4 faizi Amerika Birləşmiş Ştatları, 7,1 faizi İsrail, 6,4 faizi Rusiya Federasiyası, 4,7 faizi Ukrayna, 3,7 faizi İndoneziya, 3,2 faizi Türkiyə, 3,1 faizi Çin, 3,0 faizi Malayziya, 2,7 faizi Xorvatiya, 1,8 faizi Almaniya, 1,7 faizi Sinqapur, hər birində 1,6 faiz olmaqla Kanada, Hindistan, Gürcüstan, qalan 17,1 faizi digər dövlətlərlə aparılmışdır.