2010-cu ilin oktyabr ayında kənd təsərrüfatında istehsalçı

03.11.2010

Oktyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşmışdır.
Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 3,7 faiz, arpanın 4,6 faiz, kartofun 4,0 faiz, lobyanın 0,6 faiz, pambığın 2,2 faiz, quru otun 1,7 faiz, soğanın 0,1 faiz, sarımsağın 0,7 faiz, bibərin 0,1 faiz, qarpız və yemişin 1,8 faiz, balqabağın istehsalçı qiymətləri 18,7 faiz bahalaşmış, şirin kartofun (batat) 0,5 faiz, pomidorun 13,6 faiz, xiyarın 3,7 faiz, göy soğanın 0,7 faiz, kələmin 5,4 faiz, qırmızı turpun qiymətləri isə 12,6 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 11,2 faiz, heyvanın 1,8 faiz, zoğalın istehsalçı qiymətləri 5,0 faiz bahalaşmış, narın 7,9 faiz, limonun 5,9 faiz, qozun 2,7 faiz, fındığın 1,3 faiz, almanın qiymətləri isə 0,9 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,1 faiz, mal-ətinin (diri çəkidə) 0,2 faiz, inək südünün 4,4 faiz, camış südünün 0,1 faiz, erkək qoyunların 1,1 faiz, qoyun və keçi südünün 1,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 2,9 faiz, yumurtanın 6,8 faiz, təbii balın qiymətləri 3,7 faiz bahalaşmış, cöngənin 3,2 faiz, diri qoyun və keçilərin 1,4 faiz, qoyun ətinin (diri çəkidə) 0,1 faiz, diri qazların 1,8 faiz, quş ətinin (diri çəkidə) qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.