2010-cu ilin III rübündə tikinti işlərində

03.11.2010

2010-cu ilin III rübündə tikinti işlərində qiymətlər cari ilin II rübünə nisbətən 0,8 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol tikintisində isə 0,6 faiz bahalaşma müşahidə edilmişdir.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,2 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,3 faiz bahalaşmışdır. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi 0,9 faiz, inzibati binaların inşası üzrə qiymətlər isə 1,6 faiz artmışdır.