Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin oktyabr ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri
04.11.2010
Oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 103,8 faiz, sərnişindaşıma tarifləri isə 100,5 faiz təşkil etmişdir.
Dəmir yolunda yükdaşıma tariflərinin yerli əlaqə üzrə 15,1 faiz, digər ölkələrdən gətirilmə üzrə 4,2 faiz, digər ölkələrə göndərilmə üzrə 1,3 faiz, tranzit yüklərin daşınması üzrə 0,4 faiz bahalaşması nəticəsində ümumilikdə dəmir yolunda yükdaşıma tariflərində 4,3 faiz artım müşahidə olunmuşdur. Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 10,2 faiz azalmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,9 və 5,0 faiz, uzaq xaricə sərnişindaşıma tarifləri isə 3,1 faiz artmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 32,5 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 33,0 faiz, işəmuzd tarif 25,4 faiz artmış, bir saatlıq işə görə yükdaşıma tarifi isə 3,1 faiz aşağı düşmüşdür.