2010-cu ilin noyabr ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

03.12.2010

Noyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 102,7 faiz, sərnişindaşıma tarifləri isə 101,3 faiz təşkil etmişdir.
Dəmir yolunda yükdaşıma tarifləri yerli əlaqə üzrə 5,0 faiz, digər ölkələrdən gətirilmə üzrə 5,2 faiz, digər ölkələrə göndərilmə üzrə 4,9 faiz artmış, tranzit yüklərin daşınması üzrə 0,6 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 6,1 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz aşağa düşmüşdir. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,7 faiz ucuzlaşmış, MDB ölkələrinə və uzaq xaricə sərnişindaşımada tarifləri isə müvafiq olaraq 16,7 və 0,4 faiz bahalaşmışdır.
Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,9 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 24,4 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 24,7 faiz, işəmuzd tarif 19,1 faiz artmış, bir saatlıq işə görə yükdaşıma tarifləri isə 0,4 faiz azalmışdır.