2010-cu ilin noyabr ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

03.12.2010

Noyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşmışdır.
Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 8,2 faiz, arpanın 0,4 faiz, lobyanın 0,7 faiz, kələmin 7,2 faiz, xiyarın 17,4 faiz, yerkökünün 1,9 faiz, soğanın 0,3 faiz, göy soğanın 4,2 faiz, kartofun 0,8 faiz, quru otun 3,3 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşmış, qarğıdalının qiymətləri 12,3 faiz, pomidorun 0,8 faiz, balqabağın istehsalçı qiymətləri isə 6,3 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən əzgilin istehsalçı qiymətləri 2,3 faiz, limonun 1,6 faiz, naringinin 15,1 faiz, almanın 2,5 faiz, armudun 8,2 faiz, şabalıdın 0,7 faiz, qozun 1,9 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 1,5 faiz bahalaşmış, üzümün 0,9 faiz, xurmanın 5,2 faiz, narın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal-ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,2 faiz, inək südünün 0,2 faiz, camış südünün 0,1 faiz, diri qoyun və keçilərin 0,3 faiz, ana qoyunun 1,5 faiz, qoyun südünün 4,4 faiz, qoyun ətinin (diri çəkidə) 5,0 faiz, diri qazların 20,0 faiz, ördəyin qiymətləri 14,2 faiz bahalaşmış, hind toyuğunun qiymətləri 1,5 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.