Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2010-cu ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ildəkinə nisbətən 9,0 faiz artaraq 13,7 milyard manat olmuşdur. Dövriyyənin 14,7 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,9 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır. Ticarət şəbəkələrindən əhaliyə 8,8 milyard manatlıq ərzaq, 4,9 milyard manatlıq qeyri-ərzaq malları satılmış, 2009-cu il ilə müqayisədə onların satışı müvafiq olaraq 7,5 və 13,8 faiz artmışdır. İl ərzində əhaliyə 4,7 milyard manatlıq və ya 10,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,9 faizi hüquqi, 22,1 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə 7,6 və 23,6 faiz çox pullu xidmət göstərilmişdir.