Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarının xüsusi diplomla təltif olunması

28.01.2011

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə Respublika müsabiqəsi keçirib. Dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə prosesi zamanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Balakən,Qax, Goranboy, Samux, Siyəzən rayon statistika idarələri ən yaxşı nəticə əldə edib. Bununla bağlı Komitənin yerli statistika orqanları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xüsusi Diplomla təltif olunub.
Qeyd edək ki, müsabiqənin başlıca məqsədi insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. DSK-nin rayon idarələrində işçilər üçün müasir təhlükəsiz iş şəraiti yaradılıb. İdarələr yeni inzibati bina ilə təmin olunub. Yeni binada bütün iş yerləri müasir komputerlərlə, avadanlıqlarla və eləcə də mebellə təchiz edilmişdir ki, bu da rayon ərazisində yaşayan istifadəçilərə yüksək səviyyədə xidmət göstərməyə imkan verir.