2011-ci ilin yanvar ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

09.02.2011

Yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşmışdır. Birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətləri 0,7 faiz bahalaşmış, buğdanın 0,3 faiz, kələmin 0,1 faiz, keşnişin 0,5 faiz, cəfərinin 0,4 faiz, pomidorun 0,2 faiz, qırmızı turpun qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, limonun 0,6 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9,0 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşmış, qoyun və keçilərin qırxılmış və yuyulmamış yununun qiyməti isə 0,1 faiz ucuzlaşmışdır.