2011-ci ilin yanvar ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

14.02.2011

2011-ci ilin yanvar ayında nəqliyyat sektoru üzrə tarif indeksləri əvvəlki aya nisbətən 100,2 faiz, keçən ilin müvafiq dövrünə nisbətən isə 96,3 faiz təşkil etmişdir. Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqə üzrə 24,8 faiz, tranzit yüklərin daşınması üzrə 1,8 faiz bahalaşmış, digər ölkələrə göndərilmə üzrə 4,2 faiz, digər ölkələrdən gətirilmə üzrə 0,1 faiz ucuzlaşmışdır. Dəmir yolu nəqliyyatında beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşmışdır. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri hər iki istiqamət üzrə müvafiq olaraq 0,1 faiz aşağı düşmüşdür. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşmış, sərnişindaşıma tarifləri yerli əlaqədə 18,4 faiz, MDB ölkələri üzrə 9,2 faiz, uzaq xaricə isə 0,2 faiz ucuzlaşmışdır. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 4,0 faiz, qazın nəqli üzrə isə 2,5 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma tariflərində 0,1 faiz ucuzlaşma müşahidə olunmuşdur.