Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
Yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 9,7 faiz bahalaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 11,6 faiz artmış, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,2 faiz azalmışdır. Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,5 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 4,0 faiz, toxuculuq sənayesi və geyim istehsalı üzrə 1,9 faiz, içki istehsalı üzrə 1,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 0,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,3 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 0,1 faiz bahalaşmış, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,2 faiz ucuzlaşmışdır.