2011-ci ilin yanvar ayında sənayenin inkişafı haqqında

16.02.2011

2011-ci ilin ilk ayında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 5,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 9,4 faiz artmış, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,6 faizini təşkil etmiş, ümumi istehsalın 92,3 faizi sənaye mallarının (əmtəələrin), 7,7 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Ay ərzində neft hasilatı 4,1 milyon ton, təbii qaz hasilatı isə 2,1 milyard kub-metr təşkil etmişdir. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.