Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ildə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
2010-cu ildə nəqliyyat müəssisələrində işləyən 76,5 min muzdlu işçilərin 80,1 faizi dövlət müəssisələrində, 19,9 faizi özəl bölmədə çalışır. İşçilərin 56,5 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 13,0 faizi hava nəqliyyatı, 18,0 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. 2009-cu illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 6,4 faiz artaraq 376,5 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 684,7 manat, dəniz nəqliyyatında 540,3 manat, avtomobil nəqliyyatında 403,7 manat, dəmir yolu nəqliyyatında isə 195,4 manat təşkil etmişdir. Əmək haqqı avtomobil nəqliyyatında 7,3 faiz, dəmir yolu nəqliyyatında 4,4 faiz, dəniz nəqliyyatında 0,8 faiz artmışdır. İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 526,0 manat olmuşdur.