2010-cu ildə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

23.02.2011

2010-cu il "İpək yolu" nəqliyyat dəhlizi üçün uğurlu olmuş, bu sahədə bütün nəqliyyat növlərinin fəaliyyətində inkişaf müşahidə olunmuşdur. Dəhlizin Azərbaycana məxsus hissəsində ötən ildə 51,7 milyon ton və ya 8,9 faiz çox yük, 223,2 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır. Yüklərin 42,1 faizi avtomobil, 39,8 faizi dəmir yolu, 18,1 faizi dəniz nəqliyyatının payına düşmüş və daşımaların həcmi bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 7,8 faiz, dəmir yolu nəqliyyatında 6,9 faiz, dəniz nəqliyyatında isə 16,7 faiz çoxalmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 30,9 faizini və ya 16,0 milyon tonunu tranzit yüklər təşkil etmiş və 2009-cu illə müqayisədə bu yüklərin həcmi 2,7 milyon ton və ya 20,2 faiz artmışdır. Yük daşımaları fəaliyyətindən 283,6 milyon manat, sərnişin daşınmasından isə 38,6 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 16,2 və 13,3 faiz artmışdır.