Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri
Cari ilin yanvar-fevral aylarında əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 13,0 faiz artaraq 462,1 manat və ya orta hesabla ayda 231 manat təşkil etmişdir. Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 4,1 faiz bəndi üstələmişdir. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,2 milyard manatlıq gəlirin 71,7 faizi son istehlak xərclərinə, 8,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,5 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 3,8 milyard manatlıq və ya əvvəlki ildəkindən 15,7 faiz çox vəsait qalmışdır.