Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2011-ci ilin birinci rübündə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 3,8 milyard manata çatmışdır. Pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 9,0 faiz artaraq 3,7 milyard manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,8 faiz artaraq 107,2 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 14,2 faizi hüquqi, 85,8 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 2,4 milyard manatı ərzaq məhsullarının, 1,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Yanvar-mart aylarında xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilin üç ayı ilə müqayisədə 10,2 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 78,0 faizi hüquqi, 22,0 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 8,0 və 18,9 faiz çox pullu xidmət göstərilmişdir.