İdxal - ixrac əməliyyatları haqqında

13.04.2011

2011-ci ilin yanvar-fevral aylarında ölkənin hüquqi və fiziki şəxsləri 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 3,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 9,9 faiz, o cümlədən idxal 1,9 dəfə, ixrac isə 3,8 faiz artmışdır. İxracın idxalı 2,6 dəfə üstələməsi nəticəsində 2,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (85,0 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya Federasiyası, Malayziya, Ukrayna, Türkiyə, İspaniya, Bolqarıstan, Çin, Almaniya, Hindistan, İsrail və Qazaxıstan dövlətləri ilə aparılmışdır.