2011-ci ilin birinci rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

04.05.2011


Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 63,4 min muzdlu işçilərin 76,6 faizi dövlət müəssisələrində, 23,4 faizi özəl bölmədə çalışır. İşçilərin 55,4 faizi yerüstü və boru kəməri, 14,8 faizi su, 8,3 faizi hava nəqliyyatı, 21,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 20,8 faiz artaraq 423,8 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 886,5 manat, dəniz nəqliyyatında 535,2 manat, avtomobil nəqliyyatında 432,4 manat, dəmir yolu nəqliyyatında isə 205,8 manat təşkil etmişdir. Əmək haqqı hava nəqliyyatında 33,2 faiz, avtomobil nəqliyyatında 20,6 faiz, dəniz nəqliyyatında isə 2,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 16,9 faiz artaraq 593,6 manat olmuşdur.