2011-ci ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

05.05.2011


2011-ci ilin I rübündə tikinti işlərində qiymətlər 2010-cu ilin IV rübünə nisbətən 0,1 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,2 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,5 faiz ucuzlaşma müşahidə edilmişdir.
Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,7 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,3 faiz artmışdır. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlər 0,6 faiz artmış, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə dəyişiklik baş verməmişdir. İstehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz artmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz ucuzlaşmış, körpü tikintisi üzrə qiymətlər 0,1 faiz bahalaşmışdır.