Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin aprel ayında nəqliyyatda tariflərin dəyişməsi
2011-ci ilin aprel ayında nəqliyyat tarifləri cari ilin mart ayına nisbətən 2,3 faiz azalmışdır.
Dəmir yolunda yükdaşıma tarifləri digər ölkələrə göndərilmə üzrə 6,6 faiz, digər ölkələrdən gətirilmə üzrə 2,3 faiz artmış, yerli əlaqə üzrə 21,7 faiz, tranzit yüklərin daşınması üzrə 6,1 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1 faiz azalmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə MDB və uzaq xaric ölkələrinə müvafiq olaraq 16,7 və 17,1 faiz bahalaşmışdır.
Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 5,2 faiz, qazın nəqli üzrə isə 0,1 faiz azalmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 3,0 faiz azalmışdır.