Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,5 faiz bahalaşmışdır.
Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri əvvəlki aya nisbətən metallurgiya sənayesi üzrə 21,5 faiz, toxuculuq sənayesi üzrə 18,6 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 8,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 5,6 faiz, kimya sənayesi üzrə 3,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 1,8 faiz, geyim istehsalı üzrə 1,2 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,0 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,7 faiz, içki və mebel istehsalı üzrə 0,6 faiz, kağız və karton istehsalı üzrə 0,3 faiz bahalaşmış, maşın və avadanlıqların istehsalı üzrə 4,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,1 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və poliqrafiya fəaliyyəti üzrə isə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə istehsalçı qiymətləri 0,1 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmamışdır.