Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2011-ci ilin dörd ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 4,9 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 4,8 milyard manatı pərakəndə ticarət, 146,2 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,1 milyard manatı ərzaq məhsullarının, 1,8 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Dörd ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox pullu xidmətlər göstərilmişdir.