Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin birinci rübündə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında
Cari ilin birinci rübündə "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 13,3 milyon ton və ya 11,7 faiz çox yük, 60,0 milyon nəfər və ya 7,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 43,5 faizi avtomobil, 35,4 faizi dəmir yolu, 21,1 faizi dəniz nəqliyyatının payına düşmüş, bütün nəqliyyat növlərində, o cümlədən dəniz nəqliyyatında 40,8 faiz, avtomobil nəqliyyatında 6,7 faiz, dəmir yolu nəqliyyatında isə 4,8 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin üçdə bir hissəsini və ya 4,2 milyon tonunu tranzit yüklər təşkil etmiş və əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə bu yüklərin həcmi 1,1 milyon ton və ya 34,8 faiz artmışdır. Yük daşımaları fəaliyyətindən 86,4 milyon manat, sərnişin daşınmasından isə 17,9 milyon manat gəlir əldə olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,1 və 15,7 faiz artmışdır.