2011-ci ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

06.06.2011

May ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşmışdır. Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 2,4 faiz, xiyarın 0,1 faiz, kələmin 0,4 faiz, qırmızı turpun 0,2 faiz, göyərtilərin 1,3 faiz, göy soğanın 1,4 faiz, quru otun 4,7 faiz, yoncanın istehsalçı qiymətləri 4,1 faiz ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində qarğıdalının istehsalçı qiymətləri 6,6 faiz, payızlıq arpa dəninin 3,1 faiz, baş soğanın və kartofun 0,1 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 4,9 faiz bahalaşmışdır. Çoxillik bitkilərdən armudun və almanın istehsalçı qiymətləri müvafiq olaraq 0,4 və 4,4 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 1,0 faiz, fındığın 0,7 faiz, qozun 0,9 faiz, nanə yarpaqlarının istehsalçı qiymətləri 18,6 faiz ucuzlaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2 faiz, camışın 1,3 faiz, bir yaşadək quzunun 0,8 faiz, diri ev quşlarının 10,0 faiz, toyuq yumurtalarının istehsalçı qiymətləri 9,8 faiz ucuzlaşmış, ana qoyunun istehsalçı qiymətləri 0,3 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,8 faiz, inək və camış südünün istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 və 0,2 bahalaşmışdır. May ayı ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,1 faiz ucuzlaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 8,9 faiz bahalaşma müşahidə olunmuşdur.