Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2011-ci ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 9,6 faiz üstələyərək 6,2 milyard manata çatmışdır. İstehlak mallarının 14,5 faizi hüquqi, 85,5 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,3 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Beş ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,7 faizi hüquqi, 22,3 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,1 və 15,2 faiz çox pullu xidmət göstərilmişdir.