İdxal - ixrac əməliyyatları haqqında

10.06.2011

2011-ci ilin yanvar-aprel aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 127 xarici dövlətlə 10,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 8,0 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,7 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 13,6 faiz, o cümlədən idxal 51,7 faiz, ixrac isə 0,7 faiz artmış, dörd ay ərzində 5,3 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82,6 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, İsrail, Çin, Gürcüstan, Almaniya, İspaniya və Hindistan dövlətləri ilə aparılmışdır.