Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar ayında əhalinin gəlirləri
Cari ilin yanvar ayında əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 212,4 manat təşkil etmişdir. İlin ilk ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 1,9 milyard manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 10,6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 1,7 milyard manatlıq və ya əvvəlki ildəkindən 15,5 faiz çox vəsait qalmışdır.