Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Kənd təsərrüfatı statistikası şöbəsi Kvota üzrə balıq ovu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 „–-li qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioloji resurslardan istifadə qaydaları"na uyğun olaraq 2010-cu ildə 75 hüquqi və fiziki şəxsə balıq ovuna verilmiş 3057 ton kvotaya qarşı 1082 ton balıq ovlanmışdır. Ovlanmış balığın 708 tonu kilkə, 90 tonu siyənək, 62 tonu kefal, 56 tonu çapaq, 54 tonu kütüm balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşür. Balıqçılar tərəfindən kvotanın alınması üçün 24 min manat ödənilmişdir.