Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı
2011-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında 10,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun adambaşına həcmi 1157,4 manat və ya 1455,1 ABŞ dolları olmuşdur. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 5,0 milyard manat və ya ÜDM-in 47,5 faizini təşkil etmişdir. ÜDM-in 55,7 faizi sənayedə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 5,3 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,9 faizi informasiya və rabitə xidmətlərində, 11,4 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir.