Birjaların fəaliyyəti haqqında

13.07.2011


2011-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 388 hərracda 4236,0 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar realizə olunmuş və dövriyyənin ümumi həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə artmışdır.
Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə Bakı Fond və Bakı Banklararası valyuta birjaları xüsusi yer tutur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı Fond birjasında dövriyyənin həcmi 4,4 dəfə artaraq, 3724,6 milyon manatlıq qiymətli kağızlar, Bakı Banklararası valyuta birjasında isə dövriyyənin həcmi 2,1 dəfə artaraq 501,8 milyon manatlıq ABŞ dolları, 9,4 milyon manatlıq avro satılmışdır.