Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Məmmədov Vahab Feyruz oğlu - Sədrin birinci müavini
Sədrin birinci müavini | |
Telefon: | 538-90-73 |
Faks: | 538-90-73 |
E-poçt: | vahab.mammadov@stat.gov.az |
Qəbül günləri: | Cümə axşamı saat 1400 - 1600 |
1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləmişdir. 1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə etmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləmişdir. 2015-ci il oktyabr ayının 19-dan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir. 2016-cı ilin 03 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var. |