Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Səlimov Rauf Ağaməmməd oğlu - Sədrin müavini, Kollegiyanın üzvü
Sədrin müavini | |
Telefon: | 538-90-73 |
Faks: | 538-90-73 |
E-poçt: | rauf.salimov@stat.gov.az |
Qəbül günləri: | Çərşənbə saat 1600 - 1800 və başqa vaxtlarda |
1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu,
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir.
İqtisad elmləri namizədidir. 1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 5 mart tarixli sərancamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Evlidir, iki övladı var. |