Musayev Cabbar Hafiz oğlu – Aparatın rəhbəri

Aparatın rəhbəri
Telefon: 510-64-56
Faks: 510-81-04
E-poçt: jabbar.musayev@stat.gov.az
Qəbül günləri: çərşənbə axşamı, cümə saat 1500 - 1700
1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışmışdır.
2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.