Mətbu məlumat  
Xəbərlər
Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir27.11.2015
Noyabrın 26-da Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşmüşdür. Görüşün əsas məqsədi həyata keçirilən Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə layihə çərçivəsində yoxsulluğun təhlili və yoxsulluğun azaldılması sahəsində siyasətin müzakirəsi olmuşdur.
Ətraflı
“Azadlıq” qəzetinin 21-22 noyabr 2015-ci il tarixli nömrəsində Ş.Çobanoğlunun “Qırmızı yalan” adlı məqaləsi ilə bağlı Dövlət Statistika Komitəsinin şərhi24.11.2015
Müəllif Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə ümumi daxili məhsul istehsalına dair yaydığı rəqəmləri ötən ilin eyni dövründə yayılan rəqəmləri ilə müqayisə etməyə cəhd göstərmiş, lakin statistik göstəricilərə bu sahədə öz səthi bilikləri prizmasından baxaraq səhv nəticələrə gəlmiş və Komitəyə qarşı əsassız ittihamlar irəli sürmüşdür.
Ətraflı
Almaniyanın Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda seminar keçirilmişdir20.11.2015
2015-ci ilin 02-06 noyabr tarixlərində Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) layihəsi çərçivəsində Almaniya Federativ Respublikasının Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda təşkil edilmiş seminarda Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev,...
Ətraflı
Dövlət Statistika Komitəsinin mütəxəssisi Çin Xalq Respublikasının rəsmi nümayəndələri üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən təşkil edilmiş təlim kursunda iştirak etmişdir06.11.2015
Əmək bazarının göstəriciləri sistemi çərçivəsində layiqli əməyin səviyyəsinin öyrənilməsi və keyfiyyətli məşğulluğun qiymətləndirilməsi ilə bağlı 2015-ci il oktyabr ayının 27-də İsveçrənin Cenevrə şəhərində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təlim kursu təşkil edilmişdir.
Ətraflı
Avstriyanın Vyana şəhərində “Sənaye statistikası”na dair beynəlxalq seminar keçirilmişdir05.11.2015
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Fərhad Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) tərəfindən cari ilin 14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində, Vyana Beynəlxalq Mərkəzdə təşkil olunmuş “Sənaye statistikası”na dair beynəlxalq seminarda iştirak etmişdir.
Ətraflı
Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir30.10.2015
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na uyğun olaraq, 30 oktyabr 2015-ci il tarixində Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 [-17-] 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog