Mətbu məlumat  
Xəbərlər
“Əmək bazarı” statistik məcmuəsi nəşr olunmuşdur08.09.2014
“Əmək bazarı” statistik məcmuəsində Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən əsas göstəricilər verilmişdir. Məcmuədə əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb və təkliflər, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, kadrların peşə hazırlığı və iqtisadi fəal əhalinin digər göstəriciləri əks olunmuşdur.

Ətraflı
“Azərbaycan gəncləri ” adlı statistik məcmuə nəşr olunmuşdur02.09.2014
“Azərbaycan gəncləri” adlı statistik məcmuə “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Hüquqpozmalar” və “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” bölmələrindən ibarətdir. Məcmuədə gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, əhalinin təhsil səviyyəsi...
Ətraflı
“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi nəşr olunmuşdur29.08.2014
Statistik məcmuədə Azərbaycan Respublikasında təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər verilmişdir. Məcmuədə məktəbəqədər, məktəbdənkənar, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri, doktorantura, elmi-tədqiqat və işləmələri yerinə yetirən müəssisələrin, işçilərin sayı və tərkibi, yerinə yetirilmiş elmi-texniki işlərin həcmi, tədqiqat və işləmələrə çəkilən xərclər, tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər, kütləvi kitabxanalar, klub müəssisələri, muzeylər, teatrlar, konsert təşkilatları, kinoteatrlar ...
Ətraflı
“Azərbaycanın energetikası” statistika məcmuəsi nəşr olunmuşdur20.08.2014
Statistik məсmuənin bu buraxılışında 2007-2013-cü illər üzrə milli enerji balansı, 2009-2013-cü illər əhatə olunmaqla enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilmişdir. Məcmuə 5 bölmədən ibarətdir. 1-ci bölmədə energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji tutumu və s., 2-ci bölmədə illər üzrə enerji balansı və balansın sektorlar üzrə bölgüsü, 3-cü bölmədə enerji balansını əhatə edən ayrı-ayrı enerji məhsullarının (əmtəə) balansları, 4-cü bölmədə enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı ...
Ətraflı
“Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” statistik məcmuəsi nəşr olunmuşdur20.08.2014
Statistik məcmuədə Azərbaycan Respublikasında səhiyyə, sosial təminat və mənzil şəraitinin vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhalinin sayı, doğum, ölüm və təbii artım haqqında məlumatlar verilmişdir. Məcmuədə müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, sanatoriyalar, pansionatlar və istirahət evləri, doğuş, abort, bədən tərbiyəsi və idmanın inkişafı, pensiya təminatı, sosial müavinətlər, təqaüdlər...
Ətraflı
Dövlət Statistika Komitəsində “Məlumatların yayımlanması və məlumatların saxlanılması” mövzusunda təlim kursu keçirilmişdir19.08.2014
2014-cü ilin illik iş planına uyğun olaraq İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat Mərkəzi (SESRİC) tərəfindən Statistik potensial imkanlar proqramı (StatCaB) çərçivəsində 2014-cü ilin 11-13 avqust tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Məlumatların yayımlanması və məlumatların saxlanılması” mövzusunda təlim kursu keçirilmişdir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 [-29-] 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog