Mətbu məlumat  
Xəbərlər
Litvanın Vilnyus şəhərində “Statistikada keyfiyyət: inzibati məlumatlar və rəsmi statistika” mövzusunda seminar keçirilmişdir.17.09.2013
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev 2013-cü ilin 4-6 sentyabr tarixlərində Avrostatın təşkilatçılığı ilə Litvanın Vilnyus şəhərində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələri üçün “Statistikada keyfiyyət: inzibati məlumatlar və rəsmi statistika” mövzusunda keçirilmiş Yüksək səviyyəli seminarda...
Ətraflı
“Tvinninq layihə fişlərinin hazırlanması və seçilmə prosedurları” mövzusunda seminar06.09.2013
İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının Tvinninq, TAİEX və SİQMA alətlərinin Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək (“İTTSO II” layihəsi tərəfindən cari ilin 28-29 avqust və 2-3 sentyabr tarixlərində “Four Seasons” mehmanxanasında “Tvinninq layihə fişlərinin hazırlanması və seçilmə prosedurları” mövzusuna həsr olunmuş seminar keçirilmişdir.
Ətraflı
Dövlət Statistika Komitəsinin nümayəndəsi “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiya ilə əlaqədar keçirilmiş iclasda iştirak etmişdir.03.09.2013
Cari ilin avqust ayının 29-30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərin iştiraki ilə “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyanın ratifikasiyasına dair xərclər və müxtəlif senarilərin faydalarının qiymətləndirilməsi” mövzusunda iclas keçirilmişdir. İclasda Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin sektor müdiri Rəna Lazımova iştirak etmişdir.
Ətraflı
Ermənistanın sosial-demoqrafik vəziyyəti rəsmi statistik göstəricilərlə 23.08.2013
Ermənistanın rəsmi statistika orqanları, beynəlxalq təşkilatlar və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən nəşr olunmuş rəsmi statistika məlumatları bu ölkənin sosial-iqtisadi vəziyyətini xarakterizə etməyə, ümumi makro təhlillərin aparılmasına imkan verir. Müxtəlif rəsmi nəşrlərdə, beynəlxalq təşkilatların məlumat bazalarında və hesabatlarında olan məlumatların, hətta həqiqəti əks etdirməyən, müxtəlif hesablamalar əsasında verilmiş ...
Ətraflı
Dövlət Statistika Komitəsinin nümayəndəsi CESD-in “Azərbaycanda qeyri-hidrokarbon sektorunun təsnifatı” mövzusunda apardığı tədqiqatın nəticələrinə dair keçirilmiş təqdimatda iştirak etmişdir 06.08.2013
2013-cü il 06 avqust tarixində Park Inn mehmanxanasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstək verdiyi ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə proqram çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) “Azərbaycanda qeyri-hidrokarbon sektorunun təsnifatı” mövzusunda apardığı tədqiqatın nəticələrinə dair təqdimat keçirilmişdir. Təqdimat mərasimində Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası...
Ətraflı
Dövlət Statistika Komitəsinin nümayəndəsi USAID-nin dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilmiş dəyirmi masada iştirak etmişdir24.07.2013
2013-cü il 24 iyul tarixində Park Inn mehmanxanasında USAID-nin dəstəklədiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı və bir sıra yerli və xarici iqtisadçı ekspertlərin, müəssisələrin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsi ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 [-43-] 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog